!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşad Məmmədov Türkiyədəki zəlzələdə xəsarət alanlara baş çəkdi

!Reklam – Yazi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.

Bu barədə Yenicag.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Ankara Universitetinin rektoru Necdət Ünüvarın müşayiəti ilə Aleyna Ölməz, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Ərən Dönər, Ayça Çepni və Zeynəb Küçüklərin səhhəti ilə maraqlanıb.

Necdət Ünüvar Azərbaycan səfirinə uşaqların müalicəsi barədə məlumat verib.

Səfir uşaqlara hədiyyələr təqdim etdikdən sonra onlarla və yaxınları ilə söhbət edib, xoş arzularını çatdırıb, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Səfir bəyan edib ki, Türkiyə heç vaxt tək deyil: “Azərbaycan dövləti və xalqı hər zaman qardaşlarımızın yanındadır. Azərbaycan bundan sonra da zəlzələnin yaralarının sağalması üçün əlindən gələni edəcək”.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv