!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reşat Kəsəmənli: “Məni göstərib dedi ki, utanmır, bu boyda oğlan camaata kələk gəlir”

!Reklam – Yazi

“Tamaşaçı əgər canlandırdığın mənfi obraza görə sənə nifrət edirsə, bundan çəkinmək lazım deyil. Demək ki, rolun öhdəsindən uğurla gələ bilmisən”.

Bunu mənfi və müsbət obrazlarla bağlı fikirlərini bölüşərkən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor tamaşaçının daha çox müsbət obrazı sevməsinə baxmayaraq, onun üçün rolun mənfi, ya müsbət olmasının əhəmiyyət daşımadığını bildirib:

“Aktyor üçün rolun mənfi, ya müsbət olması şərt deyil. Başqalarını deyə bilmərəm, mənim üçün rolun xarakterik olması önəm daşıyır. Müsbət obrazları da oynamışam, mənfiləri də. Amma elə müsbət obrazlar olur ki, heç xarakteri olmur. Sadəcə olaraq müsbət obrazdır. Hansı ki, onu oynamaqdansa, heç oynamamaq yaxşıdır. Loru dildə desək, adam onu sadəcə yola verir. Amma elə mənfi obrazlar var ki, sevərək oynayıram. Aktyor üçün belə obrazı oynamaq daha rahatdır. Söhbət roldan həzz alıb-almamaqdan gedir. Bəzən mənfi obrazı oynayanda tamaşaçının həmin obraza qarşı nifrəti ilə qarşılaşırsansa, deməli, rolun öhdəsindən gələ bilmisən”.

Sənətçi mənfi obrazlara görə tamaşaçı qınağına tuş gəldiyini də gizlətməyib:

“Canlandırdığım belə obrazlardan sonra başıma gələn əhvalatlar da olub. Bir dəfə fırıldaqçı, “aferist” obrazı canlandırırdım. Marketə daxil olanda iki qadının mənə nifrətlə baxdığının şahidi oldum. Dərhal vəziyyəti başa düşdüm. Bir dəfə də getdiyim bir məkanda bir qadın məni göstərib yanındakına dedi ki, utanmır, bu boyda oğlan camaata kələk gəlir. Həmin an məni gülmək tutdu. Yaxınlaşıb dedim ki, mən həyatda fırıldaqçı deyiləm, o, sadəcə mənim yaratdığım obrazdır. Üzrxahlıq etdilər ki, siz Allah bağışlayın. Dedim, yox, siz düz edirsiz, bu, mənim üçün tərifdir, tənqid yox. Demək ki, oynadığım obraz yadınızda qalıb, onu təbii oynamışam ki, nifrətinizi qazana bilmişəm. Yəni rolun öhdəsindən gəlmişəm.

Nədənsə tamaşaçı həmişə müsbət rolu daha çox istəyir. Amma tamaşaçı onu anlamalıdır ki, müsbəti sevdirmək üçün mənfi obrazı daha güclü oynamaq lazımdır. Çünki mənfi obraza daha çox nifrət etdikcə, müsbəti bir o qədər çox sevəcəklər”.

Cəvahir

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv