!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsədxana: “Ayın ətrafında müşahidə olunan nəhəng dairə halə adlı təbiət hadisəsidir”

!Reklam – Yazi

Ötən gecə Azərbaycan səmasında Ayın ətrafında müşahidə olunan nəhəng dairə – halə təbiət hadisəsi olub.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.

O bildirib ki, bu təbiət hadisəsi, əsasən, yanvar və fevral aylarında baş verir:

“Təbiət hadisəsi atmosferin yuxarı qatı, troposferdə olan buz kristallarında Günəş şüalarının əks etdirilməsi nəticəsində yaranan təsvirdir”.

S.Alışov əlavə edib ki, yanvarın 4-də başqa astronomik hadisə – Yer-Günəş qarşıdurması da baş verib:

“Belə ki, Bakı vaxtı ilə 20:17-də Yer Günəşdən 147 milyon 98 min 290 kilometr məsafədə olub”.

Qeyd edək ki, ötən gecə Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olunub və insanlar tərəfindən maraqla qarşılanıb.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv