!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Ankaradan PKK dəstəkçilərinin AİHM binasına soxulmasına REAKSİYA

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Strasburqda PKK terror təşkilatı ilə əlaqəli şəxslərin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) binasına daxil olaraq zorakılıq törətməsini pisləyən bəyanat yayıb.

Yenicag.az-ın yerli bürosu bəyanatı təqdim edir:

“PKK terror təşkilatına bağlı şəxslərin bu gün (red-3 avqust) Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) binasına soxularaq təşkilatın simvolları ilə terror təbliğatı aparmağa cəhd etməsi qəbuledilməzdir. Xüsusilə Avropada PKK-ya bağlı birləşmələr getdikcə müxtəlif beynəlxalq təşkilatların binalarına soxularaq zorakılıq tətbiq etməyə və terror təbliğatı aparmağa cəsarət edir. PKK-nın xüsusilə Avropa ölkələrində ifadə və nümayiş azadlığı pərdəsi altında təbliğat da daxil olmaqla, fəaliyyətini sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir.

Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhlükə yaradır. Bu kontekstdə PKK terror təşkilatının Avropada təbliğat, maliyyələşdirmə və cəlb etmə fəaliyyətlərinə son qoymağa çağırışımızı bir daha təkrar edirik”.

Natiq Çıraqzadə

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv