!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Ankaranın Rusiya siyasəti: "Rus qızları Türkiyəyə gəlməyə də bilər..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya nəinki postsovet ölkələri üçün, elə Türkiyə üçün də bir təhdiddir”.

Bu sözləri ABŞ və Türkiyənin Rusiya siyasətindəki ziddiyyəti şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Türkiyə Rusiyanın zəiflədilməməsi yönündəki əməllərindən əl çəkməlidir:

“Qardaş Türkiyənin hərəkətləri məni də çox təəccübləndirir. Rusiya dünya üçün bir nömrəli təhdiddir, elə Türkiyə üçün də. Rusiyaya pomidor satmamaq da olar, rus qızları Türkiyəyə gəlməyə də bilər.

Türkiyənin Rusiyanın zəiflədilməməsi yönündəki hərəkətlərini anlamaq mümkün deyil. Ruslar türklərlə 17 dəfə müharibə aparıb. Osmanlının dağıdılmasında ruslar önəmli rol oynayıb. Ona görə də indiki dövrdə Türkiyənin strateji niyyətləri məntiqə sığmır. Böyük ümidlər bəslədiyimiz Rəcəb Tayyib Ərdoğanın bu işi bir məcraya qoyacağına inanmaq istəyirəm”.

Səxavət Məmməd

www.yenicag.az

7114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv