!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aygün Bəylərin ölüm xəbəri ilə bağlı anlaşılmazlığa aydınlıq gətirilib - YENİLƏNDİ

!Reklam – Yazi

“Əməkdar artist Aygün Bəylərin ölümü ilə bağlı Mədəniyyət Nazirliyi rəsmi olaraq bir dəfə açıqlama yayıb. Bu da onun bioloji ölümü təsdiqləndikdən dərhal sonra baş verib”.

Bunu Yenicag.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Aygün Bəylər bir müddət əvvəl müayinə məqsədilə Türkiyəyə aparılıb və bütün səylərə baxmayaraq, səhhətinə qəfil ağırlaşma olub.

“Sənətçinin süni tənəffüs aparatına qoşulduqdan sonra xüsusi ambulans tipli təyyarə ilə ölkəyə gətirilıməsi nəzərdə tutulmuşdu. Lakin həkimlər belə bir vəizyyətdə onun təyyarə ilə ölkəyə aparılmasını qeyri-mümkün qiymətləndiriblər”.

 

***

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinin sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib

 

Qeyd olunub ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gecə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Sənətçi 48 yaşında Ankarada dünyasını dəyişib.

Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi.

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il – 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

2005-2010 illərdə sənətçi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib – Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və sairə.

A.Bəylər həmçinin “Qış nağılı. I film” (2002), “Qış Nağılı. II film” (2003) və “Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.

***

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Yenicag.az-a Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.

Allah rəhmət eləsin!

***21:42

Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.

Mədəniyyət Nazirliyindən Yenicag.az-a bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:

“Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.

***20:57

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər”, – deyə aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

Xatırladaq ki, Aygün Hümmətova (Bəylər) 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

www.yenicag.az

4167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv