!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəsmi Bakı bu məsələ ilə bağlı sərt mövqedən çıxış etməlidir”

!Reklam – Yazi

“Qərbin Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxarma istəyi heç kəsə sirr deyil”.

Bunu Yenicag.az-a açıqlamasında aprelin 5-də Brüsseldə Ermənistan, Avropa İttifaqı (Aİ) və ABŞ arasında keçirilən görüşün erməni cəmiyyətində və region ölkələrində yaratdığı narazılıqdan danışan sabiq deputat Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, bu görüş Qərbin Cənubi Qafqaza daxil olma istəyindən irəli gələn cəhddir.

“Düzdür, maliyyə yardımı ilə bağlı xəbərlər ictimaiyyətə çatdırılıb. Ancaq gizli saxlanılan məsələlərin də müzakirəsi aparılıb. Nəticədə isə istər erməni cəmiyyətində, istərsə də region ölkələrində narazılıq yaranıb. Çünki Qərbin Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarma istəyi heç kəsə sirr deyil”, – deyə o bildirib.

Q.Əlibəyli əlavə edib ki, yeni bir qüvvənin regiona daxil olması istər-istəməz gərginliyi qaçılmaz edəcək:

“Həmçinin Ermənistanın təhlükəsizliyinin təmin olunması məsələsi çərçivəsində İrəvan daha çox hücum silahları ilə təmin edilir. Eyni zamanda, Aİ missiyası adı altında Ermənistana keçmiş hərbçilərin gətirilməsi təbii olaraq Azərbaycanın narazılığına səbəb olur. Rəsmi Bakı bu məsələ ilə bağlı sərt mövqedən çıxış etməlidir.
Ermənistan kiminlə əməkdaşlıq etmək istədiyini özü bilər. Ancaq regiondakı sabitliyi pozacaq addımın qarşısı qəti olaraq alınacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv