!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakı erməni təxribatlarına susur: "Sülhməramlıların fəaliyyətini düzgün quracağına dair..." - Hərbi ekspert

!Reklam – Yazi

“Bizim tərəfdən tez bir zamanda misli ilə cavab verib onların ümidini puç etmək lazımdır. Onların həvəsləri arta-arta getməməlidir. Onlar düşünməyə başlayır ki, etdiklərinə görə Azərbaycan dözümlülük göstərir. Onların bu əməllərinin founda antiterror əməliyyatı keçirmək lazımdır”.

Bu fikirləri Qarabağda ermənilərin təxribatları, Azərbaycana məxsus maşın karvanlarının keçdinə mane olma halları və bunun arxasında duran səbəbləri haqqında danışan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, ermənilər Azərbaycan tərifinin qırmızı xəttlərini tapdalamağa çalışırlar:

“Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən edilməsi, Zəngəzur dəhlizinin açılması və sülh sazişi üzərindən siyasi dialoqlar gedir. Sülh sazişində Azərbaycanın tələbi ondan ibarətdir ki, Ermənistan Qarabağı Azərbaycanın sərhədləri daxilində tanısın. Üç məsələnin üçünə də yaxınlaşmağımız Qarabağ separatçılarını qıcıqlandırır. Əslində, Ermənistan da Qarabağdakı separatçılara bu mesajı zaman-zaman verir ki, artıq sizin gələcəyiniz Azərbaycanla anlaşmaqdan keçir. Separatçılar Ermənistandan bu mesajları aldıqca qeyri-adekvat proseslər yaranır. Bundan əlavə, Azərbaycanın Qarabağ üzərində o əhaliyə dair qırmızı xəttləri var. Azərbaycan qırmızı xəttləri bunlardır: Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasında təmas xətti, yəni mühəndis-istehkam olmamlıdır. İkncisi, necə Laçın dəhlizində onlara imkan yaradılır, hərəkət etsinlər, Azərbaycana da Ağdərə-Suqovuşan istiqamətində təhlükəsiz hərəkətə şərait yaratmalıdırlar. Üçüncüsü, atəşkəsin, xüsusən də Qarabağda olan ermənilər tərəfindən pozulması və orada silahlı qeyri qanuni hərbi birləşmələrin olması. Azərbaycanın Qarabağda ermənilərin yaşamasına dair qırmızı xətti yoxdur.

Məsələ ondadır ki, ermənilər qırmızı xəttlərimizi tapdalamaq istəyir. Nəqliyyat yollarının bloklanması, mühəndis-istehkam qurğularının tikilməsinə cəhd olunması, zaman-zaman atəşkəsin pozulması – əslində, ermənilər test edir ki, görsünlər, qırmızı xəttləri keçərlərsə, Azərbaycanın reaksiyası necə olacaq. Xüsusən də onlar düşünür ki, bufer zonada sülhməramlılar varsa, istənilən halda bu qırmızı xəttləri keçmələrinə dair Azərbaycanın adekvat addımı Rusiya sülhməramlılarına sirayət edəcək. Yəni konflikt birbaşa onlarla yaranacaq”.

Hərbi ekspert qeyd edib ki, Qarabağda baş verən hadisələr sülhməramlılar adına çox böyük eyibdir:

“Azərbaycan tərəfdən sülhməramlıların fəaliyyətlərini doğru yerinə yetirməməsi baxımdan çox böyük etibarsızlıq yaradır. Sülhməramılar fəaliyyətilərini tam deyə bilməsək də, 80 faiz yerinə yetirirlər. Görünən odur, ermənilər bunu o hala gətirmək istəyirlər ki, biz birbaşa sülhməramlıların fəaliyyətsizliyini görüb ona cavab verək.

Antiterror əməliyyatının keçirilməsi hər zaman haqqımızdır. Bu, hərbi gücümüz daxilindədir. Bunun həyata keçrilməməsi oradakı sülhməramlıların fəaliyyətini düzgün quracağına dair ümidimiz olduğundandır. Bundan əlavə, siyasi dialoqun nəticələrinə ümid var. Sülh sazişi olmayana qədər ermənilər tərəfindən qeyri-adekvat addımları gözləməliyik. Atəşkəs pozulur, Laçın dəhlizindən yoxlanılmadan keçirlər, Azərbaycana məxsus maşın karvanlarının hərəkətinə mane olurlar, onların atdığı hər bir addım, əslində, erməniləri ümidləndirir. Etdiklərinin bir cavabı olmayacaq deyə ümidə qapılırlar”.

Səxavət Məmməd

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv