!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakı Qarabağdakı erməni vətəndaşlarla necə təmas qurmalıdır? - Sabiq dövlət müşavirinin ŞƏRHİ

!Reklam – Yazi

“İndiyə kimi Azərbaycanla Qarabağda yaşayan ermənilər arasında keçirilən qeyri-formal görüşlərin baş tutmasına ruslar şərait yaradıblar”.

Bu sözləri Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşları ilə rəsmi Bakı arasında təmasların qurulması barədə danışan sabiq dövlət müsaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan tərəfi bu günə qədər qeyri-rəsmi təmas qururdusa, bundan sonra açıq şəkildə təmas qurmalıdır:

“Prezident İlham Əliyev Praqda Azərbaycan TV kanallarına müsahibəsində bildirdi ki, indiyə qədər qeyri-formal, qeyri-rəsmi təmaslar olub və bundan sonra da bu əlaqələr davam etdiriləcək. Əvvəllər əlaqələri quran hərbçilər, bölgədəki korpus komandirləri, xüsusi xidmət orqanlarının əməkdaşları həyata keçirirdisə, yəqin ki, artıq bundan sonra tərəf kimi tanımadan qeyri-formal və qeyri-rəsmi görüşlərdə siyasilərin də iştirakı baş tuta bilər.

Hazırda əsas diqqət Rusiya sülhməramlılarının neytrallaşdırılması məsələsinə yönəlib. Ermənistanın verdiyi sözü necə yerinə yetirib-yetirməməsi də bu işdə çox önəmlidir. Ermənistan bildirdi ki, bundan sonra Qarabağ erməniləri ilə heç bir əlaqə saxlanılmayacaq. Üstəlik, onlara dəstək də verilməyəcək.

İndiyə kimi qeyri-formal keçən görüşlərin baş tutmasına ruslar şərait yaradıblar. Bundan sonra da həmin şəraitin yaradılacağı gözlənir”.

Səxavət Məmməd

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv