Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəsmi Bakıdan ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı

Reklam: Sinerji Pro

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat XİN-in “Twitter” səhifəsində yerləşdirilib.

“Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”, – deyə məlumatda bildirilir.

www.yenicag.az

1223