!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakının İranla yeni dəhliz anlaşması: "Ermənistan siyasi dairələri anlamır ki..." - ŞƏRH

!Reklam – Yazi

“Rəsmi Bakı Anlaşma Memorandumu ilə Ermənistanı geri addım atmağa məcbur etməklə yanaşı, İrana qarşı ehtiyatı da əldən vermir”.

Bunu İranla Azərbaycan arasında imzalanan Anlaşma Memorandumunun mümkün təsirlərini dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, bu layihə regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq:

“İran anlayır ki, belə bir layihə Ermənistan ərazisindən deyil, məhz onun ərazisindən keçərsə, rəsmi Tehranın regionda rolunu artıracaq. Sözügedən Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanması da bunu bir daha təsdiq edir.

İrandan fərqli olaraq Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faktiki olaraq maneəçilik törədir. Rəsmi İrəvan bu günə qədər müxtəlif bəhanələrlə qəsdən dəhlizi əngəlləməyə çalışır. Halbuki Ermənistan siyasi dairələri anlamır ki, bu dəhlizin reallaşması hər şeydən öncə rəsmi İrəvanın özü üçün əlavə dividentlər yaradacaq.

İran tərəfi zəif iradəli və uzaqgörən siyasətdən məhrum Ermənistan hakimiyyətindən fərqli olaraq regional reallığı dərk edərək Ermənistana təklif edilən bu fürsətdən yararlanmağı bacardı. Rəsmi Tehran yeni kommunikasiya bağlantısını Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda ərazisindən keçirməklə Ermənistanı faktiki olaraq ofsaytda qoymuş oldu.

Rəsmi Bakı Anlaşma Memorandumu ilə Ermənistanı geri addım atmağa məcbur etməklə yanaşı, İrana qarşı ehtiyatı da əldən vermir. Bu gün cənub qonşumuz ilə münasibətlər normallaşıb dialoq və əməkdaşlıq artsa da, bir müddət sonra yenidən gərginləşməyəcəyini demək çətindir. Buna görə də deyə bilərik ki, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina etməyəcək, əksinə, bundan sonra bu dəhlizin açılmasında daha adekvat addımlar atacaq. Zəngəzur dəhlizi olacağı müddətdə İran da rəsmi Bakı ilə gərginliyi artırmaq istəməyəcək”.

Gülşən Şərif

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv