!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakının İrəvana TƏZYİQİ: "Səkkiz kəndin Azərbaycana dərhal qaytarılması..."

!Reklam – Yazi

“Ermənilər Azərbaycan xalqı qarşısında o qədər cinayət törədiblər ki, onlara nə etsək, azdır”.

Bu fikirləri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması məsələsi barədə danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, vaxtilə Ermənistanın Azərbaycana etdiyini indi Azərbaycan qarşı tərəfə edir:

“Azərbaycan öz məqsədlərinə çatıb, Qarabağı alıb, Xankəndidə nəzarət Azərbaycana keçib, minalardan təmizlənmə işləri aparılır, əhali yavaş-yavaş geri qayıdır. Bizim dövlət kimi, xalq kimi 8 kəndin Azərbaycana dərhal qaytarılması gözləyə də bilər. Ermənistan tərəfi etiraf edib ki, o kəndlər Azərbaycana məxsusdur və qaytarmalıdır. Delimitasiya komissiyası əvvəl xəritədə, sonra isə sahədə gəlib o kəndlərə çatacaq. Nə üçün indiki anda, gərgin vəziyyətdə 4 kəndi tələb edirik? Burada hansısa siyasi məqsəd var? Ermənistanla Rusiya arasında münasibətlər gərgindir. Biz də çalışırıq, Rusiya ilə münasibətləri isti edək. Azərbaycan Ermənistana təzyiqi artırır. Rusiyanın Ermənistana təzyiq göstərməsi üçün hüquqi əsası yoxdur. Ancaq Azərbaycanın hüquqi əsası var. Rusiya Azərbaycanın əli ilə təzyiqi artırır. Paşinyan da bunu anlayır. Bu təzyiq Ermənistan müxalifətinin əlinə imkan verir ki, Paşinyanın üzərinə getsin.

Ermənilərə bu da azdır. Günah onların özlərindədir. Azərbaycan xalqı qarşısında o qədər cinayət törədiblər ki, onlara nə etsək, azdır. Siyasət amansız şeydir. Biz zəif olanda Ermənistan bizi adam yerinə qoymurdu, indi Azərbaycan qalib gəlib və indi onları adam yerinə qoymur”.

Səxavət Məmməd

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv