!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Moskvanın "susqunluğunun" PƏRDƏARXASI: “Rusiya Ermənistanla Azərbaycan arasında sülh istəmir, çünki...” - ŞƏRH

!Reklam – Yazi

“Amerikanın istəyi Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır”.

Bunu Ermənistan-Azərbaycan XİN rəhbərlərinin Vaşinqtonda keçirilən görüşünün iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına təsirindən danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vaşinqtonda ABŞ Dövlət Katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN rəhbərləri görüş keçirir, sülh sazişinin imzalanması üçün yol xəritəsi hazırlayır:

“Amerikanın istəyi Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. ABŞ-nin hazırda istəyinə nə qədər nail olacağı haqda söz demək çətindir. Çünki Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sözçüsü Peskov sülh sazişinin Rusiya vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyənata görə bağlanmalı olduğunu bildirib.

Üçtərəfli bəyanatın üzərindən artıq iki ildən çox vaxt keçib. Azərbaycan həmin bəyanatda göstərilən, üzərinə düşən müddəaların hamsını yerinə yetirib. Ancaq nədənsə həmin bəyannamənin dördüncü və doqquzuncu bəndləri yerinə yetirilməyib. Yəni Azərbaycan ərazisində olan qanunsuz silahlı birləşmələr bölgədən çıxarılmayıb, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi açılmayıb. Və buna Rusiyadan ciddi reaksiya da görmürük. Bir sözlə, bu müddəaların yerinə yetirilməsinə Rusiyanın nəzarətini görmədik.

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması proseslərinin uzanmasında maraqlıdır.

Hazırda gedən proseslərdə isə böyük dövlətlərin – ABŞ-nin, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çalışdığını müşahidə edirik. Proseslərin nəticəsini isə böyük ehtimal iyun ayında görəcəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv