!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Parisdən İrəvana SURSAT DƏSTƏYİ: "Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün həmin silahları..."

!Reklam – Yazi

“Fransanın Azərbaycandakı səfirliyi qısa zamanda məsələyə aydınlıq gətirməlidir. Azərbaycan ictimaiyyətində bu məsələ ciddi narazılıq və narahatlıq doğurur”.

Bu fikirləri Fransanın Ermənistanı silah dəstəyi verməsilə bağlı qərarı dəyərləndirən politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi birbaşa olaraq Cənubi Qafqazda hərbi konfiqurasiyanın pozulması deməkdir:

“Ermənistanı silahla təmin etmək Azərbaycan və Türkiyəyə qarşı Fransanın düşmənçiliyidir. Azərbaycanın sülh müqaviləsi bağlaya bilmədiyi ölkəyə öldürücü xarakterli silahları vermək nə məqsədlidir?

İlk olaraq, bu o deməkdir ki, həmin ölkə Azərbaycana qarşı düşmənçilik mövqeyini sərgiləyir və mümkün müharibədə Azərbaycanla qarşı-qarşıya durmuş olur.

Ermənistanın özünə silah-sursat almağa pul vəsaitinin olmadığı hər kəsə məlumdur. Bu səbəbdən Fransanın bu addımına Ermənistan üzərində hegemonluq edən ölkələr reaksiya verməlidir. Əgər həmin ölkələrdən reaksiya görməsək, məsələni həll etmək Azərbaycanın üzərinə düşəcək. Azərbaycanın öz təhlükəsizliyini qorumaq üçün həmin silahları elə Ermənistan ərazisində harada yerləşməsindən asılı olmayaraq, məhv etmək hüququna malik olduğunu hər kəs bilməlidir.

Fransanın Azərbaycandakı səfirliyi qısa zamanda məsələyə aydınlıq gətirməlidir. Azərbaycan ictimaiyyətində bu məsələ ciddi narazılıq və narahatlıq doğurur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv