!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Respublika stadionundan yıxılan fəhlə xəstəxanada öldü

!Reklam – Yazi

Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb.

Hadisə ötən gün baş verib.

Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib. Həmin zaman şirkətin fəhlələrindən biri yıxılaraq xəsarət alıb.

Yenicag.az xəbər verir ki, stadionun direktoru Tələt Məmmədov “Qafqazinfo”ya açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib:

“Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hekken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

Məlumata görə, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv