!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Respublika Stadionunun ot örtüyü yenilənir

!Reklam – Yazi

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.

Gənclər və İdman Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır: “Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah” – “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb”.

Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv