!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Respublikaçıların liderindən Baydenə ÇAĞIRIŞ: “Ukraynanı silahlandırmağı sürətləndirin”

!Reklam – Yazi

ABŞ-nin respublikaçı senatorlarının lideri prezident Co Baydenə Ukrayna ilə bağlı çağırış edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ABŞ Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell prezident Co Baydenə müraciət ünvanlayıb.

Makkonnell dövlət başçısına göndərdiyi müraciətdə Ukraynanın silahlandırılması işinin sürətləndirilməsinin vacibliyini bildirib:

“Ümumi müdafiənin təşkil edilməsi ilə məşğul olduğumuz üçün Senat ABŞ-nin Ukraynaya dəstəyinin davamlılığını təmin etmək, bununla həm də Rusiya və Çin təhlükəsinə qarşı öz hərbi qüvvələrimizi silahlandırmaq məqsədilə müdafiə-sənaye bazasına yatırımlara diqqəti artırmalıdır.

Ağ Evin bu istiqamətdə qətiyyətsizliyi və fəaliyyətsizliyi ona gətirib çıxarır ki, bir sıra həlledici qüvvələr və vasitələr döyüş meydanına gec çıxarılırlar. Ukrayna uzaqmənzill raketlər verilməli və bu ölkənin silahlandırılması sürətləndirilməlidir.

Çünki Ukraynanın uzaq məsafəyə endirəcəyi raket zərbələri Rusiya işğalçılarını geri çəkilməyə məcbur edəcək. Dostlarımız Böyük Britaniya istehsalı olan Storm Shadow” qanadlı raketlərindən istifadə zamanı bu üstünlüyü artıq nümayiş etdiriblər”.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv