Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Respublikanın qaz təsərrüfatında mövcud problemlər müzakirə olundu

Yanvarın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.

Nazirlər Kabinetindən Yenicag.az-a bildirilib ki, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

Loading...

www.yenicag.az

199