!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranlar “ULDUZLAŞIR”: Yeni proses necə həyata keçiriləcək? – Sədrdən AÇIQLAMA

!Reklam – Yazi

“Bu işdə əsas məsələlərdən biri rüşvət amilinin ortadan qaldırılması, tam şəffaflığın təmin edilməsidir”.

Bunu ictimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifatlaşdırılması məsələsini şərh edərkən Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimai iaşə obyektlərində ulduz sisteminin tətbiq edilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini, bu məsələnin icrası üçün təmannasız olaraq fəaliyyət göstərən işçi heyətinə ehtiyac olduğunu bildirib:

“İnsanlar, adətən, otelləri onun ulduzlarına görə seçirlər. Ulduzlar həmin otellərdəki xidmətin səviyyəsini, orada olan əşyaların keyfiyyətini, təhlükəsizlik, gigiyena və s. müəyyən edir.

Neçə illərdir ki, restoranlarda da otellərdə olduğu kimi ulduz sisteminin tətbiq edilməsi məsələsi gündəmdə idi. Azad İstelakçılar Birliyi 18 il əvvəl bu işin görülməsi ilə bağlı məsələ qaldırıb. Bu isə medianın, ictimai təşkilatların və mütəxəssislərin birgə səyi nəticəsində olmalıdır.

Bu işdə əsas məsələlərdən biri rüşvət amilinin ortadan qaldırılması, tam şəffaflığın təmin edilməsidir. Restoranlara ulduzlar veriləndən sonra insanlar oradakı vəziyyətin necə olduğunu biləcəklər.

Məsələn, televiziya layihəsi çərçivəsində şəhərin mərkəzində yerləşən restoranlardan birində çəkiliş apardıq. Zalı çox bər-bəzəkli idi. Lakin mətbəxi çox pis gündə idi. Haradasa bişirilib gətirilmiş qidaları qızdıraraq camaata verirdilər. Ona görə də, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimai iaşə obyektlərində ulduz sisteminin tətbiq edilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu məsələnin icrası üçün təmənnasız olaraq fəaliyyət göstərən müəyyən işçi heyətinə ehtiyac var. Tam təmənnasız olaraq bu məsələyə öz töhfəmi verməyə hazıram”.

Sadiq Cavadov

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv