!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranlarda aparılan monitorinqlərin nəticələri açıqlandı

!Reklam – Yazi

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoranlarda aparılan monitorinqlərin nəticələrini açıqlayıb.

Xidmət rəisi Hikmət Əlizadə Yenicag.az-a bildirib ki, ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb.

Onun sözlərinə görə, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur:

“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv