!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranlarda pozulan istehlakçı HÜQUQLARI: Mətbəx şəraiti ilə bağlı ŞOK FAKTLAR açıqlandı

!Reklam – Yazi

“Şəhərin mərkəzində yerləşən ən bəzəkli, bahalı restoranların mətbəxi zallarına heç də uyğun deyil”.

Bu fikirləri paytaxtda və bölgələrdə yerləşən iaşə obyekti və restoranların gigiyenik durumu və istehlakçıların hüquqları haqda danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, gizli bir şey yoxdursa sahibkarlar restoran zallarına monitor qoyaraq müştərilərin oranı izləməsinə şərait yaratmalıdır.

“Azad İsthlakçılar Birliyi telelayihə çərçivəsində bir neçə il öncə Bakıda yerləşən restoranlarda monitorinqlər keçirdi. Çox təəssüf ki, telelayihə məhdudlaşdırıldı. Məlum oldu ki, şəhərin mərkəzində yerləşən ən bəzəkli, bahalı restoranların mətbəxi zallarına heç də uyğun deyil”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, müştərilər zalda əyləşərək, elə zənn edirlər ki, restoran onlara təzə yemək bişirib gətirir:

“Lakin mətbəxə baxış keçirdikdən sonra məlum oldu ki, antisanitariya, hər hansı başqa yerdə bişirilən yeməyin həmin yerə gətirilərək, qızdırılması kimi faktlarla rastlaşdıq. Restoran sahibləri istehlakçıların onlara inamla yanaşmasını istəyir. O zaman gizli bir şeylər yoxdursa, mətbəxə monitor qoyaraq, istehlakçının oranı izləmə imkanına şərait yaratsınlar. Əlbəttə, ağıllı müştərinin restoranın mətbəxinə baxış keçirməyi yaxşı addımdır. Azərbaycanda yerləşən bəzi restoranlar açıq mətbəxli olsa da, əksəriyyəti qapalıdır. Qanunvericilikdə sahibkarın restroranın mətbəxini istehlakçıya açıq etməsi nəzərdə tutulmayıb. Lakin qanun belə halları qadağan etmir”.

Mütəxəssis tövsiyə edib ki, istehlakçılar restoranlara gedən zaman ilk növbədə onların qab yuyulan məkanlarına baxsınlar.

O qeyd edib ki, elə restoranlar var ki, orada tələb təklifi kifayət qədər üstələyib:

“Keçən ilin yayında mən restoran mətbəxlərinin vəziyyətindən xəbərdar olmaq üçün Azərbaycanın həm şimal, qərb, həm də şərq zonalarına səfərlər etdim. Şimal zonasında tələb təklifi o qədər üstələyib ki, orada it əti də versələr, insanlar yeyər. Şimal zonasında restoranların çox olması, orada sanitariyanın olmasından söhbət belə gedə bilməz.

Restoranların 90 faizində qablar kirin və pasın içərisində yuyulur. Burada hansı sanitariyadan danışmaq olar? Şimal zonasında fərqli olaraq, Cənub zonasına baxdıqda isə vəziyyətin nisbətən normal olduğunu görə bilərik. Belə hallar Bakıda yerləşən restoranlarda da yaşanır.

Dediyim kimi, restoranlar elə bir şərait yaratmalıdır ki, istehlakçılar mətbəxə göz gəzdirə, ətin mənşəyi ilə tanış ola bilsin. Çox təəssüf ki, restoranlar özlərini qapalı bir müəssisə elan edir və hökümətin istehsalçılar və biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə edərək, istehlakçı hüquqlarını pozurlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv