!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranlarda qanunsuz “xidmət haqqı” XAOSU: “Hökumətin bu məsələyə müdaxilə etməsi...”

!Reklam – Yazi

“Əgər restoran hesaba əlavə xidmət haqqı faizini məcburi şəkildə əlavə edirsə, menyularda qiymətlər həmin faiz daxil olmaqla, göstərilməlidir”.

Bu fikirləri restoran və iaşə obyektlərində tələb olunan əlavə xidmət haqqı faizinin tənzimlənməsinin vacibliyi haqda danışan iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tənzimlənmədə ilk olaraq xidmət haqqının ümumi hesab məbləğinin neçə faizini təşkil etməsi müəyyənləşdirilməlidir:

“Bir çox restoranlar xidmət haqqını da hesaba əlavə edirlər. Bu xidmət haqqının qiyməti restoranlar üzrə fərqli olur. Hesab edirəm ki, hökumət tərəfindən bu özəl sahəyə müdaxilə olunmalıdır. Klassik iqtisadi ədəbiyyatda da hökumətin iqtisadiyyata müdaxiləsini şərtləndirən 4 əsas prinsipdən biri məlumatın assimilyasiyasıdır.

Yəni bu halda müştəri və restoran, yaxud xidməti göstərənlə alan arasında qeyri-müəyyənlik yaranır. Alıcı əvvəlcədən qiyməti dəqiq təyin edə, əlavə ödənişin xidməti göstərənə, yoxsa restoran sahibinə çatacağını aydınlaşdıra bilmir. Belə olan təqdirdə restoranlar arasında sağlam rəqabət pozulur. Bu da bazarın iqtisadi baxımdan daha səmərəli, ölkə iqtisadiyyatının böyüməsi üçün effektiv sturukturun əmələ gəlməsinin qarşısını alır.

Tənzimlənmədə ilk olaraq xidmət haqqının ümumi hesab məbləğinin neçə faizini təşkil etməsi müəyyənləşdirilməlidir. İkincisi, əlavə olunan servis haqqının kimə çatacağı aydınlaşmalıdır. Üçüncüsü, əgər restoran hesaba əlavə xidmət haqqı faizini məcburi şəkildə əlavə edirsə, menyularda qiymətlər həmin faiz daxil olmaqla, göstərilməlidir. Biz mağazalara alış-veriş edən zaman ƏDV daxil olan qiymətlər kassa çekində göstərilir. Xidməti göstərən şəxs də restoran sahibindən asılı olduğuna görə rəhbərlik təyziq göstərib ona çatacaq məbləği mənimsəyə bilər. Lakin müştəri yaxşı xidmət göstərdiyinə görə ofisianta vermək istədiyi xidmət haqqı məbləğini ona çatdıra bilmir”.

İsmayıl Bakuvi

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv