!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranların DEPOZİT SPEKULYASİYASI: “Həmin məkanda daha çox müştərinin olduğu və...”

!Reklam – Yazi

“Yalnız xüsusi günlərdə və kütləvi tədbirlər keçirildikdə müştərilərdən depozit tələb edilə bilər”.

Bu fikirləri bir sıra restoranların müştərilərə yönəlik depozit tələbinin qanunlara nə dərəcədə uyğun olması haqda adanışan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi Yenicag.az-a açıqlamasında deyib.

Onu sözlərinə görə, restoranların depozit sisteminin tətbiqi onun fəaliyyətindəki mümkün zərəri sığortalamaq məqsədi daşıyır:

“Restoranlarda depozitin tətbiq edilməsi qanunidir. Amma tətbiq olunduğu məkan məsələsi qarışdırılmamalıdır. Yəni depozit həmin məkanda daha çox müştərinin olduğu, kütləvi tədbirin keçirildiyi və paket şəklində xidmət göstərildiyi vaxt tələb edilir. Lakin depozitin müştərilər üçün faydalı tərəfləri də var. Onlar bununla menyu və qiymətlərlə öncədən tanış olaraq xərclərini planlaşdıra bilirlər.

Bununla belə, ölkənin ictimai iaşə sektorunda depozit anlayışını düzgün qavramayan və ondan qaydalara uyğun istifadə etməyənlərin də sayı az deyil. Sahibkarlar istehlakçının hüquqlarının pozulmaması nöqteyi-nəzərindən də diqqətli olmalı və müştərilərə bu barədə öncədən məlumat verməlidirlər. Müştəri getdiyi restoranda sadəcə, çay da içə bilər.

Ancaq ona masanın depozit qiyməti barədə məlumat verilib mütləq qaydada yemək sifariş etməli olduğu bildirilirsə, burada istehlakçının hüquqları pozulur. Düşünürəm ki, bununla bağlı istehlakçıların hüquqlarını tənzimləyən qanunvericilikdə müvafiq dəyişiklik edilməlidir. Çünki belə hallar yerli müştərilərlə yanaşı, xarici turistlərin də narazılığına səbəb olur”.

Nuray Məmmədzadə

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv