!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranların YENİ KƏLƏYİ: Müştəridən servis haqqı nə qədər alınmalıdır? - EKSPERT RƏYİ

!Reklam – Yazi

“Restoran və iaşə obyektlərindəki menyular aydın və informativ şəkildə tərtib olunmalıdır”.

Bu sözləri restoran və iaşə obyektlərində tətbiq edilən servis haqqı məsələsinə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.


O qeyd edib ki, ölkədə fəaliyyət göstərən restoranlarda menyular çox bərbad şəkildə təqdim olunur.

“Restoranlar qiymətləri təyin etməkdə sərbəstdir. Müxtəlif yeməklər üçün fərqli qiymətlər nəzərdə tutulur. Yeməklər üçün qiymət təyin olunarkən menyuda onun çəkisi də qeyd edilməlidir. Burada isə vətəndaşın hüquqlarının pozulması məsələsinə gələrkən bir neçə nüans ortaya çıxır. Belə ki, məhsulun çəkisi haqqında məlumat verilmədən vətəndaşı aldatmaq, menyularda bu barədə məlumatın olmaması və s. ölkədəki durumlarla qarşılaşa bilərik. Restoran və iaşə obyektlərindəki menyular aydın və informativ şəkildə tərtib olunmalıdır. Digər məsələ bu cür servis haqlarının təyin edilməsindən ibarətdir. Menyuda aydın tərzdə əvvəlcədən servis haqqının faizi qeyd olunmalıdır. Bu zaman müştəri sifarişdən öncə bu qiymətləri nəzərə almalıdır. Yox, əgər əvvəlcədən məlumat verilmədən bu cür halla qarşılaşırsınızsa, siz rahatlıqla servis ödənişindən imtina edə bilərsiniz.

Qeyd etmək lazımdır ki, ölkəmizdəki restoranlarda menyular çox bərbad şəkildə təqdim olunur. Təkcə məhsulun adı və qiyməti yox, həm də onun 1 porsiyasının çəkisi birmənalı olaraq qeyd edilməlidir. Bu da məhsullar arasında qiymət fərqini aydın anlamağa imkan yaradır. Xarici ölkələrin praktikasına nəzər salsaq, fərqli vəziyyətlə qarşılaşacağıq. Məsələn, Amerikada servis haqları adi hal kimi qarşılanır. Hətta bu məbləği POST terminallardan ödəniş edən zaman da ödəmək mümkündür. Avropa ölkələrində isə servis haqqı anlayışı yoxdur. Hətta ödəniş zamanı çox az qalıq qalarsa, bu qarşı tərəfə geri qaytarılır. Yəni bu münasibət bazarlardan asılı olaraq fərqli yanaşmalara gətirib çıxarır”.

Eyni mövzu haqqında münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edir ki, müştəri və sahibkarlar rasional qərarlar qəbul edirlər.


Hökümətin bun istiqamətdə istehlakçı hüquqları pozulmadığı müddətcə qiymətlərə müdaxiləsi doğru yanaşma hesab olunmur. Əks halda bazar iqtisadiyyatının prinsipləri pozulmuş olur.
“İnsanlar öz məhsullarına qiymət təyin etməkdə sərbəstdirlər. Qanunvericilikdə servis haqqının limiti ilə bağlı hər hansısa limit yoxdur və bunun əks olunması da arzuedilən deyil. Çünki bu addım bazar iqtisadiyyatının təməl prinsiplərinin pozulması anlamına gəlir.

Sadəcə, bu kimi halları həll edən faktor tələb və təklif anlayışı olur. Müştəri özü də qismən rasional qərarlar qəbul edir. Sahibkar da bu tərz rasional qərarlar qəbul etməyə meyilli olur. Əks halda o, sahibkarlıq fəaliyyətini davam etdirə bilməz. Yəni müştəri həmin xidməti almadığı təqdirdə sahibkar özünün təyin etdiyi qiymət sisteminə yenidən baxmağa, qiymətləri optimallaşdırmağa məcburdur. Görünür, indiki halda sadəcə həmin sahibkarın ya müştərisi çoxdur, ya da o qısa müddətdə rəqabətə davam gətirməyərək bazardan çıxacaqdır. Servis haqqının tələb edilməsi menyuda göstərildiyi təqdirdə qanunvericilikdə keçərlidir. Əksər hallarda isə, buna əməl edilmir. Bu məsələ istehlakçı hüquqları baxımından problem yarada bilər ki, müştəri bununla bağlı əvvəlcədən məlumatlandırılmır. Yalnız son anda ona təqdim olunan hesabda servis haqqı öz əksini tapır. Bunlar menyularda əvvəlcədən qeyd edilməlidir. Bu məbləğ də xidmətin növündən və göstərilən servisin keyfiyyətindən asılı olmalıdır.

Düşünürəm ki, burda ictimai qınaq olsa da, başqa bir tərəfdən məsələnin üzərinə gedilməsi düzgün yanaşma deyil. Bu cür baxışlar, ümumiyyətlə, zərərlidir. Hökümət qiymətlərə müdaxilə edərsə, dəyər zəncirində axsamalar, təşviq qıtlığı və sonda qiymət artımı kimi iqtisadi problemlər yaranmış olur. Hökümətin bu sahədə görəcəyi iş təşviq bolluğu yaratmaqdır. Özünün iqtisadi alətlərindən istifadə edərək maya dəyərinin aşağı salmaq, rəqabəti dərinləşdirmək və s. imkanlardan istifadə edə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv