!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəsul Quliyev Bakıya gəlişində həbs olunsa belə, danışmaq üçün mənəvi haqq qazanacaqdı” – REAKSİYA

!Reklam – Yazi

“Adamda məntiq olsaydı, başa düşərdi ki, qəhrəmanlığını etiraf etdiyi əsgərlərimizi məhz “qorxaq” adlandırdığı insanlar yetişdiriblər”.

Bu fikirləri mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevin son videomüsahibəsində Azərbaycan xalqını “qorxaq” adlandırmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xalqı “qorxaq”lıqda suçlayanların demək olar hamısı, yaxud da mütləq əksəriyyəti xarici ölkələrə üz tutanlardır:

“Ümumiyyətlə, uzun müddətdir, xaricdə yaşayan və özlərini hələ də Azərbaycan siyasətinin episentrində görən bir çox siyasətçilərin ölkə əhalisinin davranışlarını qiymətləndirmələri çox yersiz görünür. Bu sırada eks-spiker, az qala otuz ildir ABŞ-də məskunlaşan Rəsul Quliyevin yersiz fəallığı daha çox nəzərə çarpır.

Adam oturub okeanın o tayında və buradakı hər kəsə – hakimiyyətə, müxalifətə, sıravi insanlara öz aləmində “dərs keçir”. Quliyev sonuncu müsahibəsində yenə tərzinə sadiq qalaraq bu yaşında xarakterinin dəyişməyəcəyini bir daha nümayiş etdirdi.

O, təkrar-təkrar söylədiyi fikirlər arasında bu dəfə xalqı daha çox hədəfə götürdü, milyonlarla insanı ümumiləşdirib “qorxaq” adlandırdı. Yeri gəlmişkən, diqqət etmisinizsə, xalqı “qorxaq”lıqda suçlayanların demək olar hamısı, yaxud da mütləq əksəriyyəti xarici ölkələrə üz tutanlardır.

Baxın, bu otuz ildə Azərbaycana qayıdışını bir neçə dəfə anons edən Quliyev 2005-ci ildə sadəcə, Kiyevə qədər gəldi və bir neçə saatlıq prosedurlardan sonra arxaya da çevrilmədən Amerikaya qaçdı. Amma əksini edərək Bakıya gəlsəydi, həbs olunsa belə, danışmaq üçün müəyyən mənəvi haqq qazanacaqdı. Bu adam indi durub xalqı “qorxaq” adlandırır…

Quliyev istisna edərək, heç olmasa, 44 günlük Vətən müharibəsində iştirak edən əsgərlərimizin qəhrəmanlığını vurğulayır. Adamda məntiq olsaydı, başa düşərdi ki, qəhrəmanlığını etiraf etdiyi əsgərlərimizi məhz “qorxaq” adlandırdığı insanlar yetişdiriblər. Bunu səksən yaşında da dərk etməyən birinə nə deyəsən?”

A.Zeynalov

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv