Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Rəsulzadənin evi uşaq bağçasına çevrilib" - Fazil Mustafa

Reklam: High Technic

Bu gün Milli Məclisin növbəti plenar iclası baş tutub. Gündəlikdə olan 30 məsələnin müzakirəsindən öncə cari məsələlərin müzakirəsi keçirilib.

Yenicag.az xəbər verir ki, AXC-nin yaranmasının 100 illiyi ilə əlaqədar məsələyə toxunan Fazil Mustafa qeyd edib ki, bununla bağlı tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır:

“Bu cümhuriyyətin qurulmasında iki böyük tarixi şəxsiyyətin rolu var. Onlardan birincisi Məhəmməd Əmin Rəsulzadə, digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Biz – deputat həmkarım Qüdrət Həsənquliyevlə mən baş nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin ucaldılması ilə bağlı müraciət etmişik. Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin Novxanıdakı evindən uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı işlərə 1 il bundan əvvəl başlanılıb: “Vaxtı gələndə nəticəsini görəcəyik”.

Araz Zeynalov

www.yenicag.az

1820
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM