!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Revanşistlərin aktivləşməsinə İRƏVANIN TƏPKİSİ: “Erməni cəmiyyəti onların yenidən baş qaldırmasına...”

!Reklam – Yazi

“Separatçılar bu söhbətlərdən nəticə çıxarmasalar, onların barəsində daha sərt addımlara əl atılması mümkündür”.

Bu fikirləri varlığına son qoyulmuş separatçı rejim mənsublarının Ermənistanda fəallaşmaq cəhdlərinə rəsmi İrəvanın və erməni cəmiyyətinin reaksiyasını dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan hökuməti revanşistlərin neytraallaşmasına nail olmasa, bu, yeni müharibə riskini artıracaq:

“Bildiyiniz kimi, separatçıların rəhbəri Şahramanyan sentyabrın 28-də rejimin buraxıldığını və yanvarın 1-ə qədər bütün “dövlət strukturları”nın ləğv olunacağını bəyan etmişdi. Lakin onlar Ermənistana keçdikdən sonra bu qərarın ətrafında spekulyasiya edərək rejimi yenidən canlandırmağa çalışırlar.

Müşahidələrə əsasən deyə bilərik ki, Ermənistan hökuməti və erməni cəmiyyətinin böyük hissəsi onların yenidən baş qaldırmasının əleyhinədir. Hökumət başa düşür ki, separatçıların ayaqlanması Azərbaycanla davam edən nizamlama prosesinə zərbə vura, hətta danışıqların tamamilə pozulmasına, yeni müharibə riskinin artmasına səbəb ola bilər.

Ancaq hökumətdən və parlament partiyalarından fərqlli olaraq, Ermənistanın sistemdənkənar müxalifətini birləşdirən revanşist qüvvələr separatçılara dəstək verməkdədir. Əlbəttə, onların bu dəstəyinin arxasında həm də özlərinin siyasi ambisiyalarını reallaşdırmaq niyyəti dayanır.

O baxımdan, Ermənistan xüsusi xidmət orqanlarının separatçılarla fərdi söhbətlər aparması və onları bu niyyətlərindən daşındırmağa çalışmasında gözlənilməz nəsə yoxdur. Fikrimcə, separatçılar bu söhbətlərdən nəticə çıxarmasalar, onların barəsində daha sərt addımlara əl atılması mümkündür. Çünki dediyim kimi, öz imkanlarını bilən İrəvan nizamlama prosesinin pozulmasında, müharibənin yenidən alovlanmasında maraqlı deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv