!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Revanşistlərin “fantaziya dövləti” XÜLYASI: “Separatizmin bərpası barədə danışmağın...”

!Reklam – Yazi

“İrəvan Qarabağ ermənilərinin məsələsini gündəmə gətirəcəksə, Bakı da Qərbi Azərbaycan faktorunu aktivləşdirəcək”.

Bu fikirləri Ermənistana qaçan separatçıların yenidən təşkilatlanmaqla bağlı səsləndirdikləri iddiaları şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanın məlum antiterror əməliyyatları ilə Qarabağda separatçı rejimin varlığına birdəfəlik son qoyulduğunu hər kəs dərk etməlidir:

“Onların separatçı “lider”ləri və “başçı”ları hazırda Bakıda təcridxanada saxlanılırlar. Yəni Şahramanyanın, yaxud Babayanın Ermənistanda oturub nə deyib, nə danışdığının heç bir əhəmiyyəti yoxdur. Faktiki olaraq, Qarabağ Azərbaycanındır və bizim nəzarətimizdədir.

Antiterror əməliyyatlarından sonra Qarabağda demək olar, erməni əhali qalmayıb, əksəriyyəti könüllü olaraq ərazini tərk edib. Belə olan halda isə separatizmi bərpa etmək barədə danışmağın heç bir önəmi yoxdur. Əslində, onlar bu ideyanı yalnız xəyallarında yaşada bilərlər. Dünyada o qədər “fantaziya dövlətləri” var ki…

İndiyə qədər heç bir ölkənin tanımadığı “dövləti” bundan sonra da tanıyan olmayacaq. Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları hələ davam edir. Münasibətlərin normallaşması üşün son otuz il ərzində bu qədər münbit şəraitin yaranmadığını demək mümkündür. Əgər İrəvan Qarabağ ermənilərinin məsələsini gündəmə gətirəcəksə, Bakı da Qərbi Azərbaycan faktorunu aktivləşdirəcək. Bu isə Ermənistana qətiyyən sərf etməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

3803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv