!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Revanşistlərin “qopmaq” istəmədikləri XÜLYA: “Onlar erməniləri yenə təhlükəli yola təhrik etməklə…”

!Reklam – Yazi

“Başa düşmürlər ki, bölgədəki dövlətlər Ermənistandan bir neçə dəfə güclüdür”.

Bu fikirləri Ermənistanda ordu günü münasibətilə danışan Robert Koçaryan, Seyran Ohanyan, eləcə də katolikos II Qareginin öz çıxışlarında Azərbaycana qarşı ərazi iddiası irəli sürmələrini, həmçinin erməniləri qan tökməyə çağırmalarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Köçəryan, Ohanyan, II Qaregin kimi “xadimlər” öz xalqını məhvə sürükləyirlər:

“Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrin yaradılması günü münasibəti ilə ordunu təbrik etmədi. Bu seçimini də belə izah etdi ki, məğlub ordunu təbrik etmək imkanımız yoxdur. Koçaryan, Sərkisyan, Ohanyan, dini lider II Qaregin və başqaları isə orduya təbrik ünvanladılar, onu dünyanın “ən güclü” orduları sırasına qoydular.

Onlar bildirdilərki, ordu qarşıda duran vəzifələrini yaxşı dərk edir və bu çərçivədə “Böyük Ermənistan” ideyası heç vaxt gündəmdən düşməyəcək. Bu adamların başı həqiqətən, xarab olub. Onlar xalqı yenə də təhlükəli yola təhrik edirlər. Həmin şəxslər başa düşmürlər ki, bölgədəki dövlətlər Ermənistandan bir neçə qat güclüdür. Üstəlik, Ermənistan əhalisi get-gedə azalır və bir çox faktorlar onun xeyrinə deyil.

Ən yaxşısı budur ki, Ermənistan başını aşağı salıb sülh müqaviləsini imzalasın, ona ayrılmış ərazilərlə kifayətlənsin. Bundan sonra isə qonşularla münasibətlərini inkişaf etdirsin. Normal genetik inkişafa, məntiqə malik olmayan Koçaryan, Ohanyan, II Qaregin kimi adamlar xalqı məhvə sürükləyir. Görünən odur ki, bu xalq heç düzələn deyil”.

Səxavət Məmməd

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv