!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reynaldo "Qarabağ"a qayıdışından danışdı: "Çox xoşbəxtəm"

!Reklam – Yazi

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm”.

Yenicag.az xəbər verir ki, bunu 2 ildən sonra “Qarabağ”a qayıdan futbolçu Reynaldo açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: “Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” ailəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Bu, “Qarabağ” klubunun 2018-2019 mövsümünün ikinci yarısı üçün ilk transferi olub. 29 yaşlı forvardla 2,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Reynaldo 2013 – 2016-cı illərdə də “Qarabağ”da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. “Sambaçı” Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub.

www.yenicag.az

7320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv