!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reyqanın zamanında ermənilərin iddialarını araşdırmaq üçün tarixçiləri göndərmişdi” - Politoloq

!Reklam – Yazi

“Fransa erməniləri belə çox istəyirsə, onları yığıb aparsın Marselə, Monako kimi bir kinyazlıq yaradıb versin onlara, baş-başa yaşasınlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın siyasi dairələrində Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımaq çağırışlarının intensivləşməsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Fransa kimi ölkələr özlərinin imperialist ənənələrindən əl çəkmirlər:

“Fransa prezidenti Makron və Senatın sədri tərəfindən, o cümlədən, parlamentin aşağı palatası olan Milli Məclis səviyyəsində Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımaqla bağlı fikirlər səsləndirilib.

O vaxt Ərdoğan yaxşı bir söz demişdi. Erməniləri belə çox istəyirsinizsə, aparın onları Fransaya, ya müstəqil, ya da avtonom dövlət qurub verin yaşasınlar. Ermənilər bu torpaqlara gəlmədirlər və artıq bir dəfə Azərbaycanın tarixi ərazilərində dövlət qurublar. Haram xoşları olsun. İndi ikinci dəfə 40-50 min nəfərlik dılğır erməni üçün dövlət yaratmaq istəyirlər?

Dövlət qurmaq bu qədər asan bir şeydir? Beynəlxaq münasibətlər sistemində bəlli öhdəliklər var. O öhdəliklərdə belə şeylər yazılıb? Görməyəcəklər bunu! Xristian təsübkeşliyinə, islamofobiyaya, türkofobiyaya əsaslanıb ermənilərı bu cür qısqırtmaqdan əl çəkməlidirlər.

Dünyada çox şərəfli və böyük xalqlar var ki, böyük imperiyaların içində can verir, əzab çəkirlər. Onlar həmin imperiyanın təşəkkülündə həlledici rol oynayıb. Onlar türk xalqları – tatarlar, başqırdlar, çuvaşlar, altaylardır, onlarca belə xalq saya bilərəm ki, Rusiyanın zülmü altında inləyirlər.

Niyə Fransa bir dəfə 15-18 milyonluq tatar xalqının müstəqilliyi haqqında danışmır? Beynəlxaq düzəni özbaşına, səfeh düşüncələrlə dağıtmaq olmaz. Sivilisaziyaları toqquşdurmağa çalışırlar, onsuz da sivilizasiyalar gərilmiş haldadır. Qoca Bayden xəritədə Cənubi Qafqazı göstərə bilməz. Elə Makron da savadsızlıqda ondan geri qalmaz. Gedib ölkələrinin problemləri ilə məşğul olsunlar.

Makron da özünə baxsın. O hakimiyyətə gələndən “sarı jiletlilər” ölkənin altını üstünə çevirib. Demokratiya, söz azadlığı Qərb üçün oyuncağa çevrilib. Maraqları tələb edəndə qatı imperialist, qatı şovnist, qatı rasist olurlar”.

Politoloq qeyd edib ki, hər bir ölkə öncə öz keçmişinə baxmalıdır:

“Qaradərililəri Afrikadan ayaqlarına qandal vurub, gəmilərin ambarında daşıyıb, qul kimi işlədirdilər. Fransa Afirkada bir neçə soyqırımı törədib. ABŞ Yaponiyaya atom boması atıb. İqtisadi cəhətdən inkişaf ediblər, ancaq təfəkkürləri, düşncə tərzləri, onlardan olmayanlara münasibətləri dəyişməyib.

Türkiyə müstəqil siyasət həyata keçirir, bu da qoca, beyninin yarısı işləməyən Baydenin xətrinə dəyib, qondarma “soyqırımı” ifadəsini işlətdi. Reyqandan böyük siyasətçisən? Reyqanın zamanında ermənilərin iddialarını araşdırmaq üçün tarixçiləri göndərmişdi. Tarixçilər üç ay işlədilər və bildirdilər ki, ermənilərə qarşı soyqırımı olmayıb. Ancaq azərbaycanlılara qarşı soyqırımı olub. 2 milyondan çox azərbaycanlı öldürülüb. Bayden Reyqandan böyük siyasətçi olacaq?”

Səxavət Məmməd

www.yenicag.az

1344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv