!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Reytinq, yoxsa keyfiyyətli yumor? - "Tamaşaçıya bir şey maraqlıdır ki..." - Tanınmış rejissordan AÇIQLAMA

!Reklam – Yazi

“Təbii ki, yumorla bağlı tənqidlər var və buna normal yanaşırıq”.

Bunu yeni yumoristik verilişlə izləyicilərin qarşısına çıxmağa hazırlaşan tanınmış rejissor Ramin Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Bu gün gənclərin düşüncəsinin məhsulu olan komediyalar, yumoristik verilişlər nədənsə insanlar tərəfindən birmənalı qarşılanmır. Onlar hesab edirlər ki, komediya janrının əsasını düşündürücü gülüş təşkil etməlidir. Lakin son illər təqdim olunan komediya və yumoristik verilişlər tamaşaçı cəlb etməyə hesablanıb və mahiyyətində də, əsasən, şit, bayağı gülüş dayanır. Maraqlıdır, komediya janrında çəkilən bir çox serialların rejissoru olan Ramin Hacıyevin yeni verilişi keyfiyyətli gülüşə xidmət edəcək, yoxsa reytinqə?

Qabaqcadan proqnoz verməyin çətin olduğunu deyən rejissor tamaşaçı tələbatının nəzərə alınacağını bildirib:

“Dərin yumoru baxır kimdən tələb edirsən. Televiziyada göstrilən yumor sadəcə gülmək və tamaşaçının vaxtının xoş keçməsi üçündür. Bəlkə də, nə tamaşaçı, nə televiziyanın özü də dərin və düşündürücü gülüşü istəmir. Tamaşaçıya bir şey maraqlıdır ki, televizoru açsın və baxıb gülsün.

Tələbat məsələsi çox önəmlidir. Təbii ki, yumorla bağlı tənqidlər var və buna normal yanaşırıq. İstər dərin, istər dayaz, şit, duzsuz, bayağı olsun, fərq etməz, bu sahə dramdan daha çətindir. Mən yumorun beş vəziyyətini sadaladım. Tamaşaçıya hansı vəziyyət maraqlıdırsa, onu da izləyir. Tamaşaçı üçün fərqi yoxdur, o yalnız tələb edir. Əgər bu gün tamaşaçı dayaz yumora baxmasa, dərin, daha düşündürücü yumor tələb etsə, təbii ki, biz də sabah onu təqdim edəcəyik. Hazırda tamaşaçı səthi yumor sevir.

Verilişin reytinqə xidmət edib-etməməsinə gəlincə, bu, kanallardan və sponsordan asılıdır. Sponsorlu verilişlərlə telekanalların tələb etdiyi verilişlər tam fərqli olur. Verilişin hansı telekanalda nümayişi hələ ki dəqiqləşməyib. Təbii ki, biz də istərdik, veriliş reytinq gətirsin və keyfiyyətli yumora xidmət etsin. Amma, dediyim kimi, hər şey bizdən asılı deyil”.

Cəvahir

www.yenicag.az

728
Ads
www.veteninfo.com
!Reklam – Arxiv