Braziliya futbolunun canlı əfsanələrindən olan Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Bolqarıstan mətbuatı çıxış edib.
İddiaya görə, hazırda Bolqarıstanın “Levski” klubunda çıxış edən 23 yaşlı forvard menecerlər vasitəsiylə “Neftçi”yə təklif olunub.
Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 12 oyunda 1 qol vurub.