!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Robert Koçaryanın əmlakına və puluna HƏBS QOYULDU

!Reklam – Yazi

Robert Koçaryanın əmlakına və puluna həbs qoyulub.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın eks prezidenti Robert Koçaryanın əmlakına və puluna Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həbs qoyub.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, eyni qərar Koçaryana bağlı olan şəxslərə – onun həyat yoldaşı, övladları və onların həyat yoldaşları da daxil olmaqla ümumilikdə 7 nəfərə münasibətdə qəbul edilib.

Bundan əvvəl Baş Prokurorluğun idarələrindən biri məhkəməyə müvafiq vəsatətlə müraciət edib. Məhkəmə tərəfindən təmin edilib.

Xalqa xəyanət edən və həbs ediləcək malların siyahısını təqdim edirik. Müsadirə oluna bilər:

İrəvanın mərkəzində Kentron rayonunda iki onlarla daşınmaz əmlak obyekti,

2 avtomobil,

həm erməni, həm də xarici şirkətlərin 20-yə yaxın səhmləri;

depozit hesabındakı vəsait və ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan qiymətli kağızlar,

dramla nağd pul – təxminən 57 milyon dollar.

Məsimə

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv