!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Romada Ərdoğan və Baydenin görüşü başladı - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

13:20

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında görüş başlayıb.

Yenicag.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

***

 “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Amerikalı jurnalistin “Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?” sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib. Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.

Qeyd edək ki, son dəfə Türkiyə və ABŞ liderləri iyun ayında Brüsseldə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Xatırladaq ki, daha əvvəl T.Ərdoğan danışıqların əsas mövzusunun Türkiyənin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramında iştirakı olacağını bildirib.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv