!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Romantik evlilik təklifi planı ÖLÜMLƏ BİTDİ - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin ən turistik məkanlarından biri olan Bozcaadada dəhşətli hadisə baş verib. Romantik evlilik təklifi üçün Polente burnuna gedən cütlükdən biri – 30 yaşlı Yeşim Dəmir uçurumdan yıxılaraq həyatını itirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nizamettin Gürsu sevgilisi Yeşim Dəmirə romantik evlilik təklifi etmək üçün Bozcaadanın Polente burnuna gedib.

Güllər içində olan bağçada gün batımını seyr edən cütlüyün ən gözəl anı kabusa çevrilib.

Belə ki, piknik ləvazimatlarını almaq üçün avtomobilə tərəf gedən Gürsu qəfildən qışqırıq eşidib. Səs gələn tərəfə qaçan Gürsu sevgilisinin 30 metr hündürlükdən uçuruma düşdüyünü görüb.

Xəbərdarlıq üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən 45 dəqiqə ürək masajı edilən gənc qadını bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisədən sonra ifadəsi alınmaq üçün polis bölməsinə aparılan Gürsunun “Gün batanda ona evlilik təklifi etmək istədim. Romantik anlar keçirmək üçün seçdim. Bir az spirt içdik. Hər şey bir anda oldu” dediyi öyrənilib.

 

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv