!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldo 8 illik münasibətini bitirir?: İddialarla bağlı paylaşım - FOTO

!Reklam – Yazi

Ötən həftələrdə dünyaca məşhur futbolçu Kriştiano Ronaldo ilə Corcina Rodrigezin ayrılacağı iddia edilmişdi. Hətta bu məlumat bütün sosial şəbəkələrdə, xəbər kanallarında və saytlarda gündəm olmuşdu.

Yenicag.az xəbər verir ki, futbolçu yayılan iddialardan təngə gələrək bu barədə bir addım atıb. Belə ki, portuqaliyalı ulduz sevgilisi ilə dodaq-dodağa olan fotosunu “Instagram” hesabında paylaşıb.

Sözügedən paylaşım saatlar içində milyonlarla “like” toplayıb.

Qeyd edək ki, yayılan xəbərlərə görə, 8 illik münasibəti bitirmək istəyən Ronaldo olub. Futbolçunun artıq Corcinanın alış-veriş etməsindən, bu qədər çox pul xərcləməsindən bezməsi yayılan iddialar arasındadır.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv