!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldo mükəmməl bədən quruluşundan danışdı: Ulduz futbolçunun SİRLƏRİ

!Reklam – Yazi

Müasir futbolun simalarından biri hesab olunan portuqaliyalı ulduz Kriştiano Ronaldo mükəmməl bədən quruluşuna malik olmasının sirlərini açıqlayıb. 

Yenicag.az xəbər verir ki, “Yuventuss”un portuqaliyalı ulduzu onu daim formada saxlayan gündəlik rejimi haqqında İspaniya mediasına danışıb.

Bir neçə aydan sonra 35 yaşı tamam olacaq Ronaldo hər zaman formada qalması ilə əksər həmkarlarından xeyli fərqlənir. Kriştiano onunla bir gün keçirən İspaniyanın nüfuzlu AS qəzetinin müxbiri Xoakin Marotaya sağlamlıq və gündəlik qidalanma sirlərini paylaşıb.

Portuqaliyalı futbolçu istirahəti və məşqi xüsusi qrafikə əsaslandığını bildirib. Onun sözlərinə görə, gündəlik rejimi həftədə 5 seansdan ibarət pilates və üzgüçülük proqramından ibarətdir. Bu proqram onun üçün bədənin isinmə hərəkətlərini ehtiva edir.

34 yaşlı futbolçu gündə 6 dəfə fərqli yeməklərlə qidalanır. Xüsusilə də karbohidratlı və protein tərkibli yeməklərlə qidalanır, duzdan heç vaxt istifadə etmir. Gündəlik rejimdən qaçdığı günlərdə oğlu ilə pizza yeyərkən hiss etdiyi “günah hissi”nin ona həzz verdiyini deyib: “Bədənə diqqət etmək və yaxşı olmaq üçün düzgün qidalanmaq lazımdır”.

Ronaldo hər səhər oyananda portağal və ananaz suyu, günün qalan hissəsində isə sadəcə, su içir. Hər gecə minimum 8 saat yatır. Lakin günün 4-cü yeməyindən sonra bir qədər yataraq, yuxusunu alır. Xatırladaq ki, Kriştiano “Juventus”da tibbi müayinədən keçən zaman onun bədəninin 20 yaşlı gəncin orqanizmi qədər sağlam olduğu ortaya çıxıb.

Firuzə Alimova

www.yenicag.az

1284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv