!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldo “Qızıl top”un təqdimetmə mərasiminə qatılır – Son beş ildə ilk dəfə

!Reklam – Yazi

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mərasimində iştirak etməyə hazırlaşır.

37 yaşlı hücumçu sonuncu dəfə beş il əvvəl – 2017-ci ildə bu mükafatlandırma mərasimində olub və “Qızıl top”u qazanıb.

O, bu mükafatın beşqat qalibidir.

Bu mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə keçirdiyi 11 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Xatırladaq ki, Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un gələcək qalibi barədə proqnozunu açıqlayıb. Onun fikrincə, səsvermədə “Real”ın fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv