!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldo unikal nailiyyətə imza atdı

!Reklam – Yazi

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb.

Yenicag.az xəbər verir ki, ulduz futbolçu Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə qarşılaşmada fərqlənərək buna nail olub.

Cari tsikldə rəqiblərini 10 dəfə cəzalandıran Ronaldu 38 yaşında il ərzində millinin heyətində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, həm də Avro-2024-ün seçmə mərhələsinin ən məhsuldar oyunçusu olan belçikalı Romelu Lukakuya çatıb.
Ronaldu 2023-cü ildə vurduğu qolların sayını 46-ya çatdırıb. O, yalnız norveçli Erlinq Holanddan (48 qol) və ingiltərəli Harri Keyndən (47) geri qalır.

Qeyd edək ki, Lixtenşteyni səfərdə 2:0 hesabı ilə məğlub edən Portuqaliya millisi yer aldığı J qrupunda 9 oyundan sonra maksimum (27 xal) nəticə göstərib./report

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv