!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldoya 243 milyonluq təklif

!Reklam – Yazi

Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanın Pro Liqasına keçəcəyi iddia edilib.

Yenicag.az xəbər verir ki, “Mançester Yunayted”ə transfer olunduqdan sonra istədiyi uğuru qazana bilməyən Kriştiano Ronaldoya Ərəbistan Pro Liqası komandalarından “Əl-Hilal” və “Əl-Nassr”ın təklif göndərdiyi iddia edilib.

Ronaldonun transferi ilə bağlı danışan Federasiya prezidenti Yasser Al-Misehal transferin qeyri-mümkün olmadığını vurğulayaraq, “Ronaldo kimi ulduzu Səudiyyə Ərəbistanında görmək istərdik. Ronaldonun bahalı olması ilə bağlı tənqidlərə cavab verən Yasser, “Bunun çox baha başa gələcəyini bilirəm, amma klublarımızın qarşıdakı illərdə daha çox gəlir əldə edəcəyini görə bilərik”,- deyə açıqlama verib.

Bildirilir ki, Ronaldonun Səudiyyə Ərəbistanından ildə 243 milyon avro qazanacağı transfer təklifi aldığı iddia edilib./Unikal/

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv