!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ronaldu “Əl Nəsr”dən ayrılır – Avropadakı klubu da bilinir

!Reklam – Yazi

Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu daha Səudiyyə Ərəbistanı çempionatında oynamaq istəmir.

Yenicag.az xəbər verir ki, informasiyanı “El Nacional” yayıb.

Mənbənin məlumatına görə, 38 yaşlı futbolçu 2023-cü ilin əvvəlində azad agent kimi anlaşdığı “Əl Nəsr”dən ayrılmaq qərarına gəlib. O, karyerasının ən yaxşı illərini keçirdiyi “Real Madrid”ə qayıtmaq istəyir. Lakin “Kral klubu”nun bossları portuqaliyalını futbolçu kimi transfer etmək istəmir. “Real”ın prezidenti Florentino Peres Ronalduya səfir kimi və ya rəhbərlikdə yer təklif etməyə hazırdır.

Kriştianunun “Əl Nəsr”lə müqaviləsi 2,5 illikdir. Portuqaliyalının maaşı mövsümə 200 milyon avrodur.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv