!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rövşanə Ağasəfqızı: “Adlamağa və dəfn etməyə gücüm çoxdur”

!Reklam – Yazi

“Bağışlamağı və sevməyi bacarıram, amma adlamağa və dəfn etməyə gücüm çoxdur”.

Bunu tanınmış jurnalist Rövşanə Ağasəfqızı doğum günündə təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

O, xoş günündə içinə bir nisgil də çökdüyünü deyib:

“Doğum günümü qeyd etməyi sevirəm. Amma illərdir ki, doğum günlərimdə içimə nisgil çöküb. Anam, atam yanımda yoxdur. Özümü dərk edəndən ilk təbrikim ata-anamdan olardı. Ailə qurandan sonra da ilk təbriki atamdan alırdım. Günüm ata-ana xeyir-duası, arzusu ilə başlayırdı və mən çox xoşbəxt, güclü, arxalı idim. Hər şeyin rəngi fərqli idi, beləcə ömrümün təqvim səhifəsi vərəqləndikcə rənglər də dəyişdi. Ömrə isə davam…”

“İtkiləri, qazancları, sevgiləri, yanlışı və xətaları ilə illərimi sevirəm, hamısı mənimkidir. Yoxsa ömür bomboz olardı. Yeknəsəklik yorucudur”, – deyən Rövşanə həyatın bumeranq qanununa inandığını da söyləyib.

“Çox vaxt deyirlər, cavan görünürsünüz. Deyirəm, içimdə həmişə sevgi var, işıq var. Bütün pəncərələrim günəşə açılır. Hə bir də yaxşı dostlarım var. İllərimin qazancı onlardır. Ən çətin anımda güvənə bildiklərim… Özümə hesabatı sevirəm. Harada yanlış etdiyimin məhkəməsi mütləq qurulur. Cavabsız suallarım o qədər var ki, susub boynubükük dayandığım anlarım da olub. Ürək sorularımın qarşısında haray çəkdiyim günlər də olub, bəzən də susaraq hayqırmışam.

Söz mənim üçün həyat qədər vacibdir. Bir sözə dəli ola bilərəm, bəlkə də, bir sözə ölə bilərəm. Ətrafımda artıq neqativ insan görmək istəmirəm. Qaçıram, uzaqlaşıram, yorucu insanlardan kənar gəzirəm.

Bağışlamağı və sevməyi bacarıram, amma adlamağa və dəfn etməyə gücüm çox. Həyatın dəyişməz qanunu var, mənə görə – bumeranq qanunu. Yaxşılıq və pislik bir gün mütləq insana dönür. Bir də xəyanəti heç bağışlamıram. Xəyanət artıq bitmə səbəbidir, bitdiyim yerdə yoxam”.

Cəvahir

www.yenicag.az

1306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv