!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşanə Ağasəfqızı: “Tanrını sevən başqasının faciəsinə sevinə bilməz”

!Reklam – Yazi

“Bu nə kin-küdurət, bu nə aqressiyadır? Sən əgər Allaha, dinə bağlı insansansa, başqasının faciəsinə, qan içində çabalamasına necə sevinə bilərsən?”

Bunu tanınmış jurnalist Rövşanə Ağasəfqızı aprelin 3-də paytaxtdakı gecə klublarının birində baş verən faciəni Ramazan bayramı ilə əlaqələndirib buna sevinən insanlarla bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

İnsanların əylənmək hüququ olduğunu deyən Rövşanə faciəyə sevinən insanın düşüncə problemi olduğunu bildirib:

“Məgər əyləncə məkanına getmək qadağandır? Məgər o yerlər əxlaqsızlıq məkanıdır? Bütün dünyada gecə klubları var və həmin ölkələrin gəncləri əylənmək üçün o məkanlara gedirlər. Gecə klubu əxlaqsızlıq yuvasıdırsa, ora getməyə qadağa qoyulsun və insanlar da bilsin ki, həmin məkana getmək olmaz. Amma gecə klubu qadağan olunmayan əyləncə məkanıdır və hər kəsin orada əylənmək hüququ var. O insanlar da heç kimin haqqına girməyib, heç kimin evini yıxmayıb, baş kəsməyib, cinayət törətməyib, cibinə girməyiblər. Əylənmək məqsədi ilə yığışıblar və bu da onların haqqıdır.

İnsanların əylənmək haqqına bu qədər aqressiv münasibət göstərib onların faciəsinə seviniriksə, burada artıq düşüncə, təfəkkür problemi var və o düşüncəni dəyişməliyik. Məgər əyləncə məkanına getmək qadağandır?”

Cəvahir

www.yenicag.az

2866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv