!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rövşanə Ağasəfqızı TƏNQİD ETDİ: “Nazir yalan olub, bu gerçək”

!Reklam – Yazi

“Bundan sonra hansı mətbuat katibi nə bəhanə gətirirsə, hamısını yazacam…”

Yenicag.az xəbər verir ki, bunu tanınmış telejurnalist Rövşanə Ağasəfqızı sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Mətbuat katiblərinin işindən narazılıq edən aparıcı onları tənqid atəşinə tutub:

“Mətbuat katiblərinə zəng edib deyirsən ki, mövzu işləyirik, sizin qurumdan, nazirlikdən, komitədən adam göndərin gəlib danışsın, söhbətə aydınlıq gətirsin. Məsələ sosial şəbəkədəkilərin şəbədəsinə qalıb. Efir həm də ondan ötrüdür ki, rəsmi adam gəlib sözünü desin, problemi çözsün. O boyda qurumda danışsa bilən bir kəs yoxdur? Hamı tədbirə əl çalmağa gedib?

Dəhşətdir. Bəzi qurumların mətbuat katibləri lap ağ ediblər. Ad çəkib xəcil etmək istəmirəm, həmkarıq. Nazir yalan olub, bunlar gerçək. Sabah işdən çıxardılanın biri də sizsiniz. Ortalıqda o qapı, bu qapı döyüb iş axtaranın biri olacaqsınız, işinizi normal görün…

Gələn dəfədən hansı mətbuat katibi nə bəhanə gətirsə, hamısını yazacam, başqa yol yoxdur”.

Cəvahir

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv