!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşən Əkbərovun MƏHKƏMƏ DAVRANIŞI: "Təhqiramiz ifadələr işlədir, özünü tərbiyəsiz aparır" - Vəkildən MÜRACİƏT

!Reklam – Yazi

İş adamı Elçin Əliyevi öldürməkdə ittiham edilən və hazırda həbsdə olan general-polkovnik Rövşən Əkbərovun məhkəmə prosesindəki davranışı ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə mraciət edilib.

Yenicag.az xəbər verir ki. müraciət vəkil Elçin Sadıqov tərəfindən edilib.

Vəkil qeyd eidb ki, Əkbərov məhkəmə zalında xüsusi imtiyuazlı şəxs kimi davranır, prosesə müdaxilə edir və tərbiyəsiz ifadələr işlədir:

“Az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar. Lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, açıq məhkəmə iclasında qolunda belə qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan oturdulur. İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir, hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə “sən bağla” kimi sözlər deyir, şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin. Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır. Bu da ən əsası şahidləri həqiqəti deməkdən çəkindirir”.

Vəkil Rövşən Əkbərovun proses iştirakçıları üçün real təhlükə təşkil etdiyini bildirib:

“Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tez alışandır və istənilən vaxt o digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir.

Həmin məhkəmə iclaslarının video lent yazılarına baxmaq kifayətdir ki, iclasın məhkəmə iclası olmadığını biləsən.

Hələ karantin qaydalarının pozulmasını demirəm. Rövşən Əkbərovun bütün qohum əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar.

Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv