Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rövşən Lənkəranskinin taxtına oturan şəxs MƏLUM OLDU - Canıyev...

Rövşən Lənkəranskinin (Canıyev) taxtına oturan şəxsin adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, həmin şəxs Rövşən Lənkəranskinin qardaşı, gömrük orqanlarında yüksək vəzifə tutmuş polkovnik Namiq Canıyevdir.

Əldə edilən məlumata görə, Namiq Canıyev gömrük orqanlarındakı tutduğu vəzifədən istefa verib və sui-qəsd nəticəsində öldürülmüş qardaşı Rövşən Lənkəranskinin yerinə keçib.

Qeyd edək ki, Namiq Canıyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev tərəfindən daha yüksək vəzifəyə təyin edilmişdi. O, gömrük orqanlarında işləməkdənsə, kriminal aləmə üz tutub, qardaşının varisi olmağı daha üstün tutub.

Xatırladaq ki, Namiq Canıyev 2017-ci ilin noyabrında İstanbulda kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) ölümündə sifarişçi kimi tanınır. O, Nadir Səlifova qarşı 11 nəfərlik qrupla sui-qəsd təşkil etməkdə ittiham olunur və xarici mətbuatda onun İnterpol xətti ilə beynəlxalq axtarışa verildiyi qeyd edilib.

www.yenicag.az

10576
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100