!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Röyanın möhtəşəm konsertindən FOTOLAR - VİDEO

!Reklam – Yazi

Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konsertinin ilk günü ötən gün “KEvenets Group” və “Peachline”nın təşkilatçılığı ilə reallaşıb.

Sənətçi konsert başlamadan öncə jurnalistlərlə görüşüb və sualları cavablandırıb:

“3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə mən heç nə qazanmıram və heç də təəssüflənmirəm. Çünki biz o pulların hamısını o qədər xərclədik ki, bu konserti edən şəxslərə, hər kəsə artıq borcum var. Sevinirəm ki, bu gün borcumu ödəmək mənə qismət oldu”.

Ranar Musayevlə iş birliyi edən Röya konsert hazırlığından da söz açıb:

“17 gün ərzində bir ilin işini görmüşük. Bir həftə ərzində Gülya Vekilova tərəfindən 25 kostyum hazırlanıb və onları bu gün geyinəcəyəm. Soyunub-geyinmək də elə səhnədə olacaq. Bilmirəm artıq nə edə bilərəm. Çox gözəl bir şou hazırladıq. Əminəm ki, sevəcəksiniz. Bu günlük məni bir az yola verin. Martda başqa bir həyəcanla görüşəcəyik”.

Media nümayəndələrinə təşəkkür edən sənətçi daha sonra səhnəyə çıxıb.

İntro videosu ilə diqqət çəkən Röya tamaşaçıları üçün 8 metr hündürlükdən enərək performans göstərib. “Nero” rəqs qrupunun müşayiəti ilə 3 saat ərzində lirik və hərəkətli hitlərini səsləndirən sənətçi “Səninəm”, “Bəlkə də”, “Sənə görə”, “Dəniz” kimi mahnılarını ifa edib.

“Dəli kimi” adlandırılan tədbirdə Xalq artisti 25 kostyum dəyişib. Onun, əsasən, boz, ağ, gümüşü, qızılı və qara tonlarında seçdiyi libaslar hər mahnının mövzusuna uyğunlaşdırılıb.

Səhnə iki bölümdən – hərəkətli və hərəkətsiz hissədən – ibarət olub. “Dəli kimi” dueti zamanı aktyor Nicat Rəhimov aşağı mərtəbədən masanın üstündə səhnəyə çıxıb.
Gəmi, pəncərə, taksofon, müxtəlif maketlərlə yanaşı diqqət çəkən digər məqam isə mərkəzin səhnəsinə avtomobilin çıxarılması olub. Röya “Afaki” mahnısı zamanı maşının üstündə canlı ifa səsləndirib.

Həmçinin aparıcı Nəsib Nur da səhnəyə çıxaraq fasilələrdə konserti təqdim edib. Dijital və işıq effektlərinin bol olduğu konsertdə zalın arxa tərəfində əyləşən izləyicilər üçün də mini səhnə qurulub. Röya onlar üçün əsas səhnədən həmin bölümə keçib, daha sonra ikinci mərtəbəyə qalxıb.
Anşlaqla keçən gecənin sonuna yaxın o, Ceyhun Zeynalovla “Bəzən” klipinin təqdimatını da Konqres Mərkəzində gerçəkləşdirib.

Onlarla rəqqasın olduğu tədbirdə musiqiçilər Türkiyədən gətirilib. Röyanı konsertdə 4 bek-vokal müşayiət edib. Müğənni konsertin sonunda səhnədən aşağı tullanaraq gözdən itib.

Qeyd edək ki, konsert bu gün və sabah davam edəcək.

www.yenicag.az

2893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv