!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vardanyan Laçında saxlanıldı, Bakıya gətirildi - YENİLƏNDİ

!Reklam – Yazi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.

***

Ruben Vardanyan Azərbaycan sərhədində saxlanılıb. 

“Unikal” xəbər verir ki, məlumatı TASS-a onun yaxınları təsdiqləyiblər.

Bildirilir ki, separatçıların keçmiş “dövlət naziri” Vardanyan Gorusa getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.

***

13:43

Ruben Vardanyan Azərbaycan Təhlükəsizlik Qüvvələri tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki,  “Politikam” resursunun mənbələri Ruben Vardanyanın Ermənistana gedərkən səhər tezdən Laçın nəzarət-buraxılış məntəqəsində saxlanıldığını bildirir.

Vardanyanın həyat yoldaşı Veronika Zonabend CivilNet ilə söhbətində əri ilə əlaqənin kəsildiyini, onun həbs olunması xəbərini Azərbaycan mediasında gördüyünü deyib.
O, başqa təfərrüatları açıqlamayıb.

Xuraman Etibarlı

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv