!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruben Vardanyan barəsində bu həbs qətimkan tədbiri SEÇİLDİ

!Reklam – Yazi

Səbail Rayon Məhkəməsində qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Ruben Vardayan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib./apa

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv